Sərnişin təyyarələrinin vurulmasına bu halda İCAZƏ VERİLƏCƏK – QƏRAR

Hazırda oxunan: Sərnişin təyyarələrinin vurulmasına bu halda İCAZƏ VERİLƏCƏK – QƏRAR

235716

Məcburi qaydada yerə enmək barədə xüsusi tələblərə riayət etməyən, bortunda pozuntu törədilməsində təqsiri olmayan sərnişinlərin olması barədə düzgün məlumat olmayan və ya özünümüdafiə tələb edilən halda hava gəmisinin məhvinə icazə veriləcək.

Bizim.Media xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Dövlət sərhədini pozan hava gəmilərinə və uçuş aparatlarına qarşı hava hücumundan müdafiə qoşunlarının növbətçi qüvvə və döyüş texnikasının tətbiq edilməsi Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.

Belə halda əvvəlcə xəbərdarlıq atəşi açılacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda bu təyyarələr məcburi yerə ENDİRİLƏCƏK 


İndiyə qədər qüvvədə olan Qaydaya əsasən, mülki hava gəmilərinə qarşı məhv atəşi açmağa bu hava gəmilərinin sərnişinsiz və hərəkətsiz ələ keçirilməsi barədə aerodromda məlumat olduqda icazə verilib. Belə halda da əvvəlcə xəbərdarlıq atəşi açılmalı idi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin