Türkiyənin Azərbaycandakı Səfirliyi Kəlbəcərdə mülki şəxslərin minaya düşərək həlak olmasına münasibət bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə səfirliyin "Twitter" səhifəsində paylaşım edilib.
MÖVZU İLƏ BAĞLI:
Rusiya səfirliyi jurnalistlərin ölümü ilə bağlı paylaşım etdi
"Bu gün Kəlbəcərdə mina partlaması nəticəsində şəhid olan AzTV-nin operatoru Sirac Abışov, AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Susuzluq kəndi nümayəndəsi Arif Əliyevə Allahdan rəhmət, kədərli ailələrinə və Azərbaycan mediasına başsağlığı, yaralılara şəfalar diləyirik", - paylaşımda belə deyilir.
Bizim.Media