Bu rayonlara qar yağır - FAKTİKİ HAVA

Hazırda oxunan: Bu rayonlara qar yağır - FAKTİKİ HAVA

235690

Fevralın 20-i saat 15:00-a olan faktiki hava açıqalnıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti davam edir.

Ordubad, Daşkəsən, Gədəbəy, Gəncə, Tovuz, Ağstafa, Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Xınalıq, Şabran, Şahdağ, Yardımlı, Lerik, Fizuli, Şuşa, Xankəndi, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı və Abşeron yarımadasının bəzi ərazilərində arabir qar yağır.

Şahbuz, Şəmkir, Naftalan, Ceyrançöl, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Biləsuvar, Lənkəran, Astara, Ağdamda yağış müşahidə olunur.

Şimal-qərb küləyi əsir, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Bakıda və Abşeron yarımadasında 25 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Şirvanda 16 m/s-dək güclənib.

Dənizdə dalğanın hündürlüyü 3.8 metrdir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 1, Aran rayonlarında 4, Naxçıvan MR-da 3 dərəcəyədək isti, dağlıq rayonlarda 11 dərəcəyədək şaxta qeydə alınıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin