Aysun üçüncü dəfə ərə getmək istəyir - FOTO

Hazırda oxunan: Aysun üçüncü dəfə ərə getmək istəyir - FOTO

235677

Müğənni Aysun İsmayılova yenidən ailə qurmaq istəyir.

Bizim.Media xəbər verir ki, bu barədə o, instaqramda izləyicilərinin suallarını cavablandırarkən açıqlama verib.

Aysun deyib ki, düzgün biri çıxsa, bu haqda düşünər:

“Düzgün biri çıxsa! Bunu düşünmək çox tezdir, çünki övladım var. Amma mən ailə insanıyam. Yəni sevgili həyatı mənə görə deyil.

Aysun “Bəs qorxmursan, yenidən ailə qursan səni qınayarlar” sualına bu cavabı verib:

“Mən həyatımı kimlərəsə görə yaşamıram. Həyata bir dəfə gəlirəm. Həyat mənimdir, necə istəyərəm elə yaşayaram. Heç kim qarışa bilməz! O qınayanların həyatında bir bilsəz, nələr baş verir”.




Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin