Zaqatala qəzasında xəsarət alan 5 nəfərin SON DURUMU

Hazırda oxunan: Zaqatala qəzasında xəsarət alan 5 nəfərin SON DURUMU

235662

Xəbər verdiyimiz kimi, febralın 19-da Qax-Zaqatala yolunda, Zaqatala rayonu Çobankol kəndində yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 5 nəfər (3-ü kişi, 2-si qadın) xəsarət alıb. Həmin şəxslər saat 18:30 radələrində Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Bizim.Media TƏBİB-ə istinadən xəbər verir ki, bədənin müxtəlif nahiyələrinin travma, sınıq və əzikləri diaqnozları təyin olunan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Onlardan 2-si fevralın 19-da, 3-ü isə fevralın 20-də ambulator müalicə üçün evə buraxılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin