Azərbaycanda bəzi informasiya portalları haker hücumuna məruz qalıb.
Bizim.Media xəbər verir ki, “Report” İnformasiya Agentliyinin saytında “Hüseynçilər” adlı qrup tərəfindən ələ keçirildiyini göstərən loqo yerləşdirilib.
Sonradan isə həmin bildiriş yığışdırılıb və hazırda sayta girişdə sadəcə “Bu sayta daxil olmaq mümkün deyil” yazısı görünür.
Bundan əlavə, “oxu.az”, “Baku tv”, “baku.ws” “Kaspi” "Caliber.az" "Azpolitika.info" kimi mətbu orqanların saytına da hazırda daxil olmaq mümkün deyil.
Qeyd edək ki, Azərbaycan İslam Müqavimət Hərəkatı və ya qısaca Hüseynçilər terror təşkilatıdır. Təşkilat İran tərəfindən maliyyələşdirilir və dəstəklənir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:55 / 20.02.2025
Azərbaycanda bir sıra saytlara HAKER HÜCUMU – FOTO
Hazırda oxunan: Azərbaycanda bir sıra saytlara HAKER HÜCUMU – FOTO
Hazırda oxunan: Azərbaycanda bir sıra saytlara HAKER HÜCUMU – FOTO
235660
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.