“Estetik əməliyyat etdirmək Allahın işinə nöqsan tutmaqdır” - İlahiyyatçı

Hazırda oxunan: “Estetik əməliyyat etdirmək Allahın işinə nöqsan tutmaqdır” - İlahiyyatçı

235658

Cəmiyyətimizdə estetik əməliyyat etdirən şəxslərə qarşı bəzi önyarğılar var. Belə ki, önyarğılı olan insanlar ya edilən əməliyyatın uğursuz olduğunu, ya da İslam dinində estetik əməliyyatların günah olduğunu irəli sürürlər. Hətta bunu Allahın işinə müdaxilə kimi qiymətləndirənlər də var. Bir sözlə bu mövzu çoxsaylı müzakirələrə səbəb olan məsələyə çevrilib.

Doğurdanmı, üz və bədən nahiyyələrinə müdaxilə günah sayılır?

Mövzuyla bağlı Bizim.Media-ya danışan ilahiyyatçı Tural İrfanın sözlərinə görə İslam dinində estetik və plastik əməliyyatlar etdirmək zərurət  olduğu təqdirdə icazəlidir:

“Zövq və görünüş xatirinə etdirmək doğru deyil. İslam dininə görə Allah insanı mükəmməl yaradıb və təbii olaraq da qalmalıdır. Amma müəyyən qəzalar zamanı yaranmış çapıq, zədə halları ilə bağlı bu əməliyyatları etdirmək olar. Qurani - Kərimdə "Tin" surəsində buyurulur ki, Allah insanı ən gözəl biçimdə yaradıb.

Buradan aydın olur ki, hər kəsin öünə uyğun da ona bədən quruluşu, sifət nişanələri verilib. Onu estetik əməliyyatlarla dəyişib təhrif etmək Allahın işinə nöqsan tutmaq kimidir. Günümüzdə insanlar öz sifətlərini və bədən quruluşlarını dəyişib çox hallarda da daha əcaib duruma salırlar. Bu eyni zamanda sağlamlıq sarıdan da zərərlidir. Çünki bir müddətdən sonra həmin şəxslərdə problemlər yaranma ehtimalı artır. Bu da dini cəhətdən haramdır. Quranda buyurulur ki, özünüzü bilərəkdən öz əllərinizlə təhlükəyə atmayın” .

“Ehtiyac olmasa, bu əməliyyatlara icazə yoxdur”.

“Din insanların sağlamlığını, stabil yaşamını nizamlamaq üçün bəzi məsələlərdə öz hökmünü bəyan edir. Nəticə olaraq deyə bilərik ki, tibbi cəhətdən ehtiyac olmasa bu kimi əməliyyatlar icazəli deyil. Fəqət müəyyən travma və qəzalar nəticəsində sifətində yaxud digər bədən orqanlarında qüsur yaranarsa, bu da həm özünə zərər verərsə, bu zaman da həmin əməliyyatları etdirmək olar”,-deyə Tural İrfan fikirlərini belə yekunlaşdırıb.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin