Naxçıvanda Dövlət Vergi Xidmətinin rəis müavini kollektivə təqdim olundu - FOTO

Hazırda oxunan: Naxçıvanda Dövlət Vergi Xidmətinin rəis müavini kollektivə təqdim olundu - FOTO

235655

Fevralın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsinə təyin olunmuş Tural Rasim oğlu Abdulzadə kollektivə təqdim olunub.

Bizim.Media marja.az-a istinadən xəbər verir ki, yeni rəis müavinini kollektivə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov təqdim edib.

Abbas İsmayılov Tural Abdulzadəni yeni təyinat münasibəti ilə təbrik edib, Naxçıvanda vergi sahəsində həyata keçirilən islahatlardan danışıb, müəyyən edilmiş hədəflərə nail olunması istiqamətində görüləcək işlərdə uğurlar arzulayıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun imzaladığı 19 fevral 2025-ci il tarixli Sərəncama əsasən, Tural Rasim oğlu Abdulzadə MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini təyin olunub.

Bununla da Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Tural Abdulzadəyə həvalə edilib.

Tural Abdulzadə müvafiq vəzifəyə təyin olunanadək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin rəis müavini olub.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin