Vətən müharibəsi şəhidi Elvin Əzizovun övladı faciəvi şəkildə həlak olub.
Bizim.Media xəbər verir ki, hadisə Masallı rayonun Qarğalıq kəndində baş verib.
Şəhidin oğlu Ayxan Əzizov ehtiyatsızlıqdan odlu silahdan açılan atəş nəticəsində həyatını itirib.
Belə ki, 13 yaşlı Ayxan qonşuya uşaqlarla oynamağa keçib. Orada ov tüfəngi görən yeniyetmə silahı əlinə götürüb və ehtiyatsızlıqdan atəş açılıb.
Şəhidin oğlu iki bacının bir qardaşı imiş.
Qeyd edək ki, Azərbaycan Ordusunun giziri Elvin Əzizov Vətən müharibəsi zamanı Füzuli döyüşlərində şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Leyla, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:54 / 20.02.2025
Şəhid övladı faciəvi şəkildə həyatını itirdi - FOTO
Hazırda oxunan: Şəhid övladı faciəvi şəkildə həyatını itirdi - FOTO
Hazırda oxunan: Şəhid övladı faciəvi şəkildə həyatını itirdi - FOTO
235647
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.