Xəbər verildiyi kimi Ağdaşda bədbəxt hadisə baş verib. 1982-ci il təvəllüdlü Ağdaş rayonu, Şəmsabad kənd sakini Bilalova Şəlalə fevralın 17-də öd daşı xəstəliyindən rayon xəstəxanasında əməliyyat olunub və dünən ölüb.
TƏBİB-dən Bizim.Media-nən sorğusuna cavab olaraq bildirilib ki, 17.07.2025-ci il tarixində saat 10:00 radələrində 1982-ci il təvəllüdlü şəxs (qadın cinsli) Ağdaş Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
Ona öd daşı xəstəliyi diaqnozu təyin edilib və xolesistektomiya əməliyyatı icra edilib.
Keçirilən əməliyyatdan sonra pasiyentin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilib.
19.02.2025-ci il tarixində pasiyentin vəziyyəti anidən pisləşdiyi üçün Reanimasiya şöbəsinə yerləşdirilib.
Aparılan bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı cəhdlərinə baxmayaraq, 19.02.2025-ci il saat 09:45-də şəxsin ölüm faktı qeydə alınıb.
Fakt araşdırılır.
Bizim.Media, Aran bürosu

- A-
- A
- A+
Cəmiyyət
11:42 / 20.02.2025
Öd daşından əməliyyat olunan qadın niyə iki gün sonra HƏYATINI İTİRİB?
Hazırda oxunan: Öd daşından əməliyyat olunan qadın niyə iki gün sonra HƏYATINI İTİRİB?
Hazırda oxunan: Öd daşından əməliyyat olunan qadın niyə iki gün sonra HƏYATINI İTİRİB?
235642
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.