Müdafiə Nazirliyinin Mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Elmar Məmmədov və həmin idarənin Əsaslı və cari təmir bölməsinin sabiq müdiri Rəhim Laçınovun cinayət işi üzrə növnəti məhkəmə prosesi keçirilib.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə sənədlər tədqiq edilib.
İbtidai istintaq dövründə olan sənədlər, ekspertiza rəyləri elan olunub.
Bununla da sənədlərin tədqiqi yekunlaşıb. Müdafiə tərəfi çıxış üçün vaxt istəyib.
Proses fevralın 24-də davam etdiriləcək.
Qeyd edək ki, Elmar Məmmədov və Rəhim Laçınov ötən ilin avqust ayında saxlanılıb.
Onlara Cinayət Məcəlləsinin 179.4-cü, 311.3.1-ci, 341.2.3-cü və digər maddələri ilə ittiham elan edilib. Hərbi Prokurorluğun təqdimatına əsasən, barələrində həbs qətimkan tədbiri seçilib.
İstintaq zamanı onların ittiham olunduqları maddə 341.2.3-cü maddəyə tövsif olunub və hər ikisi barəsində seçilən həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:35 / 20.02.2025
Müdafiə Nazirliyinin sabiq idarə rəisinin məhkəməsi keçirildi
Hazırda oxunan: Müdafiə Nazirliyinin sabiq idarə rəisinin məhkəməsi keçirildi
Hazırda oxunan: Müdafiə Nazirliyinin sabiq idarə rəisinin məhkəməsi keçirildi
235640
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.