“Azerina” adı ilə tanınan, “life coach”, psixoloq kimi fəaliyyət göstərən Əfsanə Qasımlı sosial şəbəkələrdə müzakirələrə səbəb olan seans görüntülərinə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, Əfsanə Qasımlı sosial şəbəkə hesabında paylaşım edərək bu videonun yayılması ilə onun hüquqlarının pozulduğunu bildirib:
“Haqqımda doğruluq əsası olmadan mənim videomu paylaşıb hüquqlarımı tapdalayan hər kəs birmənalı şəkildə qanun qarşısında cavab verəcək. Bir neçə saatdır ki, vəkilim tərəfindən hüquqlarımın pozulması və seansda iştirak edən insanların hər birinin təhqir edilməsi ilə bağlı dövlət qurumlarına və təşkilatlarına müraciət etmişəm”.
Psixoloq dünyada bu cür senaslardan nümunələr gətirərək, vizuallaşdırma, səhnələşdirmə ilə köhnə travmalarla ruhsal boşanma etdiyini qeyd edib.
Xatırladaq ki, sosial şəbəkələrdə yayılan videoda pasiyentlərin xüsusi paltar geyinərək, seans zamanı bədənlərinin titrəməsi və ağlayaraq yerə yıxılması əks olunub.
Bu seansla psixoloqa müraciət edənlərin aldıqları psixoloji zədələrdən qurtulmağın mümkün olduğu iddia edilir.
Qeyd edək ki, Azerina adlı xanımın əvvəllər də dəyəri 3-5 manat olan pul qabını “sehrli pul kisəsi” adı ilə insanlara 400-500 manata satması haqqında məlumatlar paylaşılmışdı.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:40 / 20.02.2025
Bakıda pasiyentləri yerə yıxaraq, ağladan qalmaqallı psixoloqdan AÇIQLAMA -FOTO/ VİDEO
Hazırda oxunan: Bakıda pasiyentləri yerə yıxaraq, ağladan qalmaqallı psixoloqdan AÇIQLAMA -FOTO/ VİDEO
Hazırda oxunan: Bakıda pasiyentləri yerə yıxaraq, ağladan qalmaqallı psixoloqdan AÇIQLAMA -FOTO/ VİDEO
235639
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.