“ChatGPT” yenə ÇÖKDÜ

Hazırda oxunan: “ChatGPT” yenə ÇÖKDÜ

235613

"OpenAI" şirkətinə məxsus "ChatGPT" çat-botunda nasazlıqlar yaranıb.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, bu barədə "Downdetector" portalı məlumat yayıb.

Bildirilib ki, "ChatGPT"nin işi ilə bağlı ən çox şikayət ABŞ, Böyük Britaniya və Almaniyadan gəlib.

Bununla yanaşı, Fransa, İsveçrə, İspaniya, Yunanıstan, İtaliya və digər ölkələrdə də nasazlıqlar müşahidə olunur.

İstifadəçilər ən çox ChatGPT-nin işindən (92%) və veb versiyasına daxil olmaqda çətinlikdən (7%) şikayətləniblər.

Xatırladaq ki, bir müddət əvvəl də sözügedən çat-botun işində problem yaranıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin