15 manata görə tanışını bıçaqlayan şəxsə bu cəza verildi

Hazırda oxunan: 15 manata görə tanışını bıçaqlayan şəxsə bu cəza verildi

235609

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Fərid Namazovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bizim.Media pravda.az-a istinadən xəbər verir ki, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ona şərti cəza verilib.

İttihama görə, hadisə 17 oktyabr 2023-cü il tarixdə saat 21:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsində qeydə alınıb.

Belə ki, Fərid Namazov qonşuluqda yaşayan tanışı, zərərçəkmiş Əhməd Dəmirovla (soyadı şərti) mübahisə edib. Mübahisəyə səbəb isə zərərçəkmişin ondan 15 manat məbləğində borcunu tələb etməsi olub. Bu zaman Əhməd təqsirləndirilən şəxsi yumruqla qəsdən vurub. Sonra Fərid qisas almaq məqsədi ilə yaşadığı evə gedib bıçağı götürərək hadisə yerinə qayıdıb. O, üzərində olan həmin bıçaqla Əhmədə qəsdən bir dəfə zərbə vuraraq, ona bədən xəsarəti yetirib.

Hadisədən sonra Fərid Namazov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.


Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin