Zaqatalanın Çobankol kəndində baş verən qəzanın təfərrüatları bilinib. İlkin məlumatlara əsasən qəza ötmə qaydalarının pozulması nəticəsində baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qax rayon Güllük kənd sakini 56 yaşlı Natiq Hüdulovun idarə etdiyi VAZ-2107 markalı avtomobil Ağcabədi rayon sakini 21 yaşlı Amil Şirinovun idarə etdiyi VAZ-2107 avtomobili ilə toqquşub.
İkinci avtomobildə olan sərnişinlər bir ailənin üzvləri olub. Bunlar sürücü ilə yanaşı, 47 yaşlı Loğman Şirinov, 40 yaşlı Əminət Şirinova və 13 yaşlı Hüseyn Şirinzadə olublar. Hadisə nəticəsində xəsarət alanlar müayinə olunub, müalicəyə cəlb edilib.
Hadisə yerinin ilkin müayinəsi aparılıb, təhqiqat davam etdirilir.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu