Paytaxtda yeni bulvar SALINACAQ - FOTO

Hazırda oxunan: Paytaxtda yeni bulvar SALINACAQ - FOTO

235585

Bakı şəhərində yeni bulvar salınacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Abadlıq Xidmətindən məlumat verilib.
 

Uzun illər ətrafdakı qəsəbələrin tullantı və çirkab sularının axıdıldığı Bülbülə gölü tezliklə təmiz, abad, göz oxşayan istirahət məkanına çevriləcək.


Belə ki, ümumi sahəsi 99 hektar olan Bülbülə gölündə suyun real dərinliyi 2.50-2.80 metrdir. Gölün ətrafında yaşayış evləri var. 

Hazırda isə Bülbülə gölündə layihələndirmə işləri başa çatdırılıb. Gölün ətrafındakı qamışlıq tamamilə qurudulub, tullantılar təmizlənib, asfalt üçün alt qat hazırlanıb. 

Yaxın zamanda iş gücləndirilmiş rejimə keçəcək. Növbəti mərhələdə sahil boyunca asfalt salınacaq.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin