Cinayət-prosessual qanunvericilikdə mövcud olan boşluqlar MÜZAKİRƏ EDİLDİ

Hazırda oxunan: Cinayət-prosessual qanunvericilikdə mövcud olan boşluqlar MÜZAKİRƏ EDİLDİ

235583

Fevralın 19-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasında cinayət-prosessual qanunvericiliklə bağlı yaradılmış İşçi Qrupunun iclası keçirilib.

ARVK-dan Bizim.Media-ya bildirilib ki, görüşdə çıxış edən Kollegiyanın sədri Anar Bağırov cinayət-prosessual qanunvericilikdə mövcud olan boşluqlar, bunun hüquq sisteminə və vəkillik fəaliyyətinə təsirlərindən danışıb.
 

Görüşdə cinayət-prosessual qanunvericiliyə təkliflər, nəzərdə tutulan yeniliklərə bağlı İşçi Qrupunun üzvlərinin fikirləri işçi qaydada müzakirə olunub, vəkillərin bu proseslərdə rolu, eyni zamanda hüquqi müdafiə sisteminin təkmilləşdirilməsi imkanları dəyərləndirilib.


Müzakirələrin genişləndirilməsi və davam etdirilməsi məqsədəmüvafiq hesab edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin