İşğaldan azad olunmuş ərazilərdə yeni su anbarlarının tikilməsi, mövcud anbarların təmir olunması ilə bağlı işlər aparılır.
Bizim.Media xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
MÖVZU İLƏ BAĞLI:
Xudafərin su anbarının tikintisi başa çatdı
Nazir müavini bildirib ki, ölkəmizdə suya qənaət edən texnologiyalar tətbiq olunur: "Abşeron yarımadasında 5 min hektara yaxın ərazi damcı suvarma ilə sulanır.
2 min hektara yaxın ərazi isə çirkab sularının təmizlənməsindən alınmış sularla suvarılır. Bu təcrübə Bayıl və Badamdar ərazisində yerləşən çirkab sularının təmizlənməsi vasitəsilə aparılır".
Bizim.Media