Məktəblərdə baş verən neqativ halların birnömrəli səbəbi BUDUR – AÇIQLAMA

Hazırda oxunan: Məktəblərdə baş verən neqativ halların birnömrəli səbəbi BUDUR – AÇIQLAMA

235515

İki il öncə pilot layihə kimi başladılan şagird davranış jurnallarının tətbiqi indi demək olar ki, bütün məktəblərdə həyata keçirilir.

Qeyd edək ki, bu jurnallar məktəblərdə nizam-intizamın qorunması, tədris prosesinin effektiv təşkili və müəllim-şagird münasibətlərinin düzgün tənzimlənməsi, eləcə də,  intizam pozuntularının qeyd olunması ilə yanaşı, şagirdlərin müsbət davranışlarının təşviqi və onların tərbiyəvi inkişafına dəstək üçün tətbiq olunub.

Maraqlıdır, bəs, hər fənn müəllliminin qeydiyyat aparması, jurnalların tətbiqinin şagirdlərin davranışına müsbət təsiri varmı?

Bir çox müəllimlər bunun faydasından daha çox əlavə yük olmasından gileylənirlər.

Bizim.Media
-ya danışan təhsil eksperti Elşən Qafarovun fikrincə, ümumtəhsil məktəblərində şagirdlərin davranış qaydaları, valideynlərin tədris prosesinə münasibəti, o cümlədən müəllimlərin, digər məktəb əməkdaşlarının davranış qaydaları ümumtəhsil müəssisəsinin öz nizamnaməsi ilə tənzimlənməlidir:

“Amma təəssüf ki, bizim ümumtəhsil məktəblərimizin fərqli nizamnaməsi yoxdur. Bu gün məktəblərimizdə baş verən neqativ halların birnömrəli səbəbi məhz budur. İstəyirsiniz, yüz formada şagird davranış kitabları müəyyən edək, heç bir effekti olmayacaq.

Əgər biz doğrudan da istəyiriksə, tərbiyə prosesi sistemli şəklə düşsün, ilk növbədə məktəblərin özünün fərqli nizamnamələri tərtib olunmalıdır. Bizdə də bu nizamnamə olmadığına görə, bu sənədlər sadəcə, layihə xarakterlidir. Bu baxımdan indiyədək effekt verməyib və bundan sonra da verməyəcək. Müəllimlər də bu prosesin içərisində olduqları üçün yaxşı görürlər ki, bu kimi layihə xarakterli sənədlərin, qaydaların tətbiqinin heç bir səmərəsi yoxdur".

Ekspert qeyd edib ki, ölkənin ümumtəhsil məktəblərində tədris sistemi çıxılmaz labirintə düşüb:

“Bu gün təhsil prosesində bütün tərəflər vahid tərbiyə sisteminin qurulmasının tərəfdarıdırlar. Prosesin bütün ağırlığı müəllimlərin çiynindədir. Qaydalar, hüquqi-normativ sənədlər hazırlanmalıdır. Hər məktəbin özünün nizmnaməsi olmalıdır. Məktəblər bu nizamnamə ilə idarə olunmalıdır. Ona görə də vəziyyət gözlə görünəndən, müəllimlərin gileylərindən qat-qat çətindir”.

Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin