Alkoqollu içkilər xərçəngə SƏBƏB OLUR

Hazırda oxunan: Alkoqollu içkilər xərçəngə SƏBƏB OLUR

235510

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) spirtli içkilərin qablaşdırma zamanı xərçəngin inkişafına səbəb ola biləcəyinə dair xəbərdarlıq əlavə etməklə məcburi standartlaşdırılmış etiketlənməsinə çağırıb.

Məlumatda deyilir ki, alkoqollu içkilərin xərçəngə səbəb ola biləcəyi barədə məlumatlılığı artırmaq üçün spirtli içkilərin üzərində diqqəti çəkən xəbərdarlıq etiketlərinə ehtiyac var. Bu sadə addım istehlakçılara alkoqolun zərərini azaltmağa kömək edəcək qərar qəbul etməyə imkan verə bilər.

Təşkilat qeyd edib ki, bir çox ölkələr hələ də spirtli içkilərdən sui-istifadənin zərərinin azaldılmasında əhəmiyyətli irəliləyiş əldə edə bilməyiblər. Xüsusilə, Avropa regionunda hər il təxminən 800 min insan alkoqolun vurduğu zərərdən ölür. ÜST-nin məlumatına görə, Avropada alkoqolla bağlı ölümlərin əsas səbəbi xərçəngdir.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan onkoloq Asif Abbasov deyib ki, bu yeni bir məsələ deyil:
 

MÖVZU İLƏ BAĞLI:

Alkoqollu içkilər xərçəng xəstəliyinə səbəb olur - XƏBƏRDARLIQ


“Artıq uzun illərdir ki, ÜST alkoqolu kanserogen maddə kimi qeydə alıb. Belə ki, alkoqol qaracigər, baş-boyun, qida borusu, süd vəzi, sidik kisəsi xərçənginin əmələ gəlməsində əsas etioloji amillərdən sayılır. Son illərdə isə yaşı 50-dən az olan insanlarda yoğun bağırsaq xərçəngi və prostat xərçənginin yaranmasın daha çox rast gəlinir. Bunun da səbəbi aparılan araşdırmalar sayəsində sübut olunub ki, alkoqollu içkilərdir.

Alkoqol hüceyrələrə toksiki təsir edərək, estoregenlərin sintezini artırır, bağırsaq mikroflorasını pozur və ən nəhayət, xroniki iltihab yaradaraq şişin əmələ gəlməsinə səbəb olur. Həmçinin, alkoqol bilavasitə təsirindən başqa, dolayısı ilə də xərçəngin yaranmasına kömək edir. Adətən içki məclislərində insanlar uzun müddət oturaq vəziyyətdə olur, doyma kontrolunu itirir ki, bu da piylənməyə gətirib çıxarır. Piylənmənin və qida pozğunluğunun xərçəngin yaranmasında əsas rol oynadığını isə artıq hər kəs bilir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin