"TikTok"da canlı yayım açan cərrah CƏZALANDIRILDI – RƏSMİ

Hazırda oxunan: "TikTok"da canlı yayım açan cərrah CƏZALANDIRILDI – RƏSMİ

235461

Əməliyyat zamanı "TikTok"da canlı yayım açan cərrah Ruslan Ağayev Səhiyyə Nazirliyinə dəvət olunub və Nazirliyin müvafiq şöbəsinin əməkdaşları tərəfindən onunla söhbətlər aparılıb.

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Daha bir həkim əməliyyat zamanı canlı yayım açdı – VİDEO


Qeyd edilib ki, Səhiyyə Nazirliyinin 137 nömrəli əmri – “Həkimin Etik Davranış Qaydaları”nın müvafiq bəndlərinin tələblərinə riayət olunmasının vacibliyi ilə bağlı ona xəbərdarlıq edilib.

Qeyd edək ki, "National Prime Hospital"da fəaliyyət göstərən ümumi cərrah Ruslan Ağayev özünün "TikTok" sosial şəbəkəsindəki səhifəsində əməliyyat zamanı canlı yayım açıb.

Xatırladaq ki, əvvəllər də əməliyyat zamanı canlı yayım açan bəzi həkimlər cəzalandırılıb. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən bu kimi halların qanunsuz olduğu bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin