"İkinci Qarabağ müharibəsində medialarımız bir dövlət - bir media prinsipi ilə çalışdı. Gəncə terroru zamanı da Türkiyə mətbuatı, mediası haqq savaşımızda yanımızda oldu. 44 gün tariximizin unudulmaz günləridir. Özümüzə borc bilirik ki, qardaş ölkəyə minnətdarlığımızı bildirək”.
Bizim.Media xəbər verir ki, bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin sədri, millət vəkili Zahid Oruc "Media sahəsində strateji tərəfdaşlıq haqqında" anlaşma memorandumunun 5 ili: Birgə fəaliyyətə baxış, Gələcək hədəflər” adlı tədbirdə çıxışı zamanı qeyd edib.
Son illər iki ölkə arasındakı media əlaqələrinin inkişafından bəhs edən Zahid Oruc vurğulayıb ki, ortaq medianın əhatə dairəsi bütün sərhədləri aşır:
“Son bir əsr yarımda qələbəmizə həsr olunan elə bir material olmadı ki, qardaş ölkənin mediasında yayımlanmasın”.
Millət vəkili həmçinin həmin dövrdə Qərb mediasının Azərbaycana qarşı qərəzli mövqeyindən danışıb:
"Mediamızın son 30 ildə işğallara qarşı həsr olunmuş mübarizəsi yerini qələbə platformasında birləşməyə verdi. Qələbə hadisəmizi işıqlandırmaq üçün yola düşən medialarımız özləri işıqlanaraq geri qayıtdı".
Ayşən Rəhim, Pərviz Allahverdiyev, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:54 / 19.02.2025
“Qələbəmizə həsr olunan elə bir material olmadı ki, qardaş ölkənin mediasında yayımlanmasın” – Zahid Oruc
Hazırda oxunan: “Qələbəmizə həsr olunan elə bir material olmadı ki, qardaş ölkənin mediasında yayımlanmasın” – Zahid Oruc
Hazırda oxunan: “Qələbəmizə həsr olunan elə bir material olmadı ki, qardaş ölkənin mediasında yayımlanmasın” – Zahid Oruc
235459
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.