Ötən il Azərbaycanda 58 kişi gender əsaslı zorakılığa məruz qalıb.
Bu statistika Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə hesabatında öz əksini tapıb. Ötən gün həmçinin Şəmkirdə qadın ərini bıçaqlayıb. Cinayət tərkibli bu faktlara zaman-zaman da mətbuatda yer alan xəbərlərdə rast gəlinib.
Kişilər evə qazanc gətirə bilmir, sözü keçmir, yoxsa qadınlar bu məsələlərdə onları üstələyib?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan deputat Günay Ağamalı qeyd edib ki, kişilərin qadınlar tərəfindən zorakılığa məruz qalmasının əsas səbəbi onların zəifləməsi və ya qadınların güclənməsində deyil:
“Bu məsələdə əsas amil ailədaxilində baş verən hadisələr və münasibətlərdir. Zorakılıq kim tərfindən edilməsindən asılı olmayaraq hər zaman qınanmalı və qarşısının alınması üçün maarifləndirmə və psixoloji dəstək mexanizmləri gücləndirilməlidir”.
Deputat Razi Nurullayev günü-gündən ciddi probemə çevrilən məsələnin bir neçə səbəbi olduğunu deyib:
“Səbəblərdən biri budur ki, artıq bir çox ailələrdə qadınlar da işləyir, özü-özünü dolandıra bilir və onda xeyli sərbəstlik, müstəqillik yaranır. Əgər onun qazancı kişinin qazancından çoxdursa, kişiyə yuxarıdan aşağı baxmağa başlayır. Bunu özünə sığışdırmayan kişi də təbii ki, ortada münaqişə yaradır” – deyə deputat bildirib.
Deputat eyni zamanda diqqətə çatdırıb ki, son zamanlar qadınlarda bağışlama hissi yoxa çıxır:
“Əvvəllər qadınlar kişilərin beş səhvindən üçünü bağışlayırdısa, indi heç birini də bağışlamır. Nəticə gətirib boşanmalara, zorakılığa çıxarır. Qadın düşünür ki, aliment alıb, sərbəst yaşayacam. Biz müsəlman ölkəsi olaraq bunları qəbul edə bilmirik. Hətta deyərdim ki, bu zorakılıq hallarının artmasında sosial şəbəkələr də böyük rol oynayır.
Başqa bir səbəb isə qadınların boşanmaq istəməsindən irəli gəlir. Qadın bilir ki, kişiyə qarşı fiziki zorakılıq etsə, münasibətlər korlanacaq və boşanma ilə nəticələnəcək” – deyə deputat bildirib.
Aygün Hüseyn, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:20 / 19.02.2025
“Qadının qazancı çoxdursa, bunu özünə sığışdırmayan kişi münaqişə yaradır” – Razi Nurullayev
Hazırda oxunan: “Qadının qazancı çoxdursa, bunu özünə sığışdırmayan kişi münaqişə yaradır” – Razi Nurullayev
Hazırda oxunan: “Qadının qazancı çoxdursa, bunu özünə sığışdırmayan kişi münaqişə yaradır” – Razi Nurullayev
235440
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.