Füzuli şəhərində 12 küçənin tikintisi aparılır - FOTO/VİDEO

Hazırda oxunan: Füzuli şəhərində 12 küçənin tikintisi aparılır - FOTO/VİDEO

235436

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Füzuli şəhərinin daxili yollarının tikintisi layihəsi sürətlə və keyfiyyətlə icra olunur.

Bizim.Media xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
 

Bildirilib ki, layihə üzrə birinci mərhələdə ümumilikdə 18,5 km uzunluğa malik 12 küçənin tikintisi aparılır.


İnşa edilən küçələr boyunca yararsız qrunt qazılaraq çıxarılır, əvəzində yararlı material ilə əks-dolğu işləri aparılaraq yeni torpaq yatağı inşa edilir. Ardınca hamarlaşdırıcı qatın, əsasın alt və üst qatının tikintisi yerinə yetirilir. Yol əsası hazır olan ərazilərdə asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.

Layihə üzrə inşa edilən səkilərin kənarlarına səki daşlarının düzülməsi, səkilərə tamet daşların döşənməsi, işıq dirəklərinin quraşdırılması işləri də yerinə yetirilir. Bundan başqa küçələr boyu yeni yaşıllıqlar salınır, kol və ağaclar əkilir.

Küçələr boyu Füzuli şəhərinin kommunikasiya xətlərinin (su, kanalizasiya, yağış suları boruları, qaz, rabitə və elektrik xətləri) tikintisi işləri də icra olunur.

Tikinti işləri "İnşaat Norma və Qaydaları"na uyğun aparılır. Tərtib olunmuş qrafikə uyğun işlərin vaxtında yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb edilir.

Qeyd edək ki, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq, Füzuli şəhərinin daxili yollarının tikintisi lI mərhələ üzrə 30%-i yerinə yetirilib.

 













Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin