Hər il olduğu kimi 2025-ci ildə də gözəllik sənayesi yeni məhsullar və texnologiyalarla təəccübləndirməkdə davam edir.
Bizim.Media xəbər verir ki, “Refinery29” portalının gözəllik analitiklərinin fikrincə, bu il dəriyə qulluq brendləri, həkimlər və istehlakçılar tərəfindən kosmetologiyada izlənəcək trendlərin proqnozunu tərtib edib.
MÖVZU İLƏ BAĞLI:
Gözəllik salonlarında tibbi kosmetoloji xidmət göstərmək qadağan olundu – Rəsmi XƏBƏRDARLIQ - VİDEO
Belə ki, artıq dərinin qocalması ilə mübarizədə adi dolğu inyeksiyalardan deyil, akupunktur, masaj və gözəllik alətlərindən istifadə ediləcəyi gözlənilir.
Artıq süni intellektdən istifadə edərək dəri tipinə uyğun qulluq növünü seçmək mümkün olacaq.
Süni intellektin populyarlığının artması onun gözəllik sənayesi də daxil olmaqla, geniş istifadəsinə səbəb olub. Bir dermatoloqla bahalı konsultasiya əvəzinə insanlar getdikcə pulsuz və bir neçə saniyə ərzində dəriyə qulluq təlimatlarını təqdim edən “Böyük Dil Modelləri”nin məsləhətlərinə müraciət edirlər.
Bəzi dermatoloqlar müştərilərə virtual dəri analizini təklif etməklə işini asanlaşdırır. Onun nəticələrinə əsasən mütəxəssis lazımi məhsulları təyin edə bilir. Süni intellektin dəri diaqnostikası iki sadə addımı əhatə edir: üzün fotoşəkili və dərinin vəziyyəti və növü ilə bağlı bir neçə sualın cavabı.
Yeni metodun sürətlə yayılmasından təşvişə düşən kosmetik vasitələri istehsal edən şirkətlər artıq məhsullarına istehlakçıların marağını qorumaq və satışları artırmaq üçün neyron şəbəkələrin gücündən istifadə edirlər.
Məsələn, əczaçılıq kosmetikası üzrə ixtisaslaşmış “La Roche-Posay” şirkəti öz saytında onlayn diaqnostika funksiyasını yerləşdirib.
Belə ki, alıcı yalnız bir neçə selfi çəkib, dərisinin vəziyyətini təhlil edib şəxsi qulluq vasitəsini seçərək skanerə yükləməlidir. Oxşar onlayn diaqnostikanı dərinin rənginə və növünə uyğun olaraq düzgün məhsulları seçməyi vəd edən “Yves Rocher” brendi və üzün fotosuna əsaslanaraq, brendin məhsullarından 12 həftə istifadə etdikdən sonra dərinin necə görünəcəyini aydın şəkildə göstərə bilən “Clinique” şirkəti də təklif edir.
Məşhur kosmetoloqların fikrincə, süni intellekt dərinin növünü, onun vəziyyətini müəyyən etməyə və uyğun məhsulların seçilməsinə kömək edən müasir və rahat vasitədir. Bununla belə, onun məsləhətinə tamamilə etibar etməmək tövsiyə olunur, xüsusən də bir insanın dəri xəstəlikləri varsa.
Həkim kosmetoloqların fikrincə, virtual dəri diaqnostikası vəziyyəti daha dəqiq göstəricilərdən istifadə edərək qiymətləndirən təcrübəli həkimlə məsləhətləşməni əvəz edə bilməz.
Bizim.Media