AQTA Türkiyədəki kütləvi zəhərlənmə ilə bağlı nəzarət tədbirlərini GÜCLƏNDİRDİ

Hazırda oxunan: AQTA Türkiyədəki kütləvi zəhərlənmə ilə bağlı nəzarət tədbirlərini GÜCLƏNDİRDİ

235399

Xəbər verildiyi kimi, Türkiyənin bir sıra şəhərlərində saxta spirtli içkilərdən kütləvi zəhərlənmə və ölüm hadisələri baş verib. Yayılan məlumatlarda bildirilir ki, Ankara şəhərində saxta spirtli içkidən həyatını itirənlərin sayı 59 nəfərə, müalicəsini davam etdirənlərin sayı isə 37 nəfərə çatıb. Baş verən hadisələrə əsas səbəb kimi sənayedə istifadə olunan, bu ölkədə daha ucuz və əlçatan hesab edilən metanoldan istifadə etməklə hazırlanan saxta spirtli içkilərin istehlakı göstərilir.

Bu barədə Bizim.Media-ya AQTA-dan bildirilib.

Qeyd edilir ki, Azərbaycana Türkiyədən, eləcə də digər xarici ölkələrdən idxal edilən spirtli içkilər risk əsaslı nəzarət tədbirlərinə cəlb olunur, saxta spirtli içkilərin ölkəyə gətirilməsinin qarşısı qətiyyətlə alınır.

Məhsullardan götürülən nümunələrin laborator müayinəsi uyğun olduğu təqdirdə, bu məhsulların idxalına icazə verilir.
 

2024-cü il ərzində Türkiyə Cümhuriyyətindən ümumilikdə 645 120 litr (23 700 litri rakı, 620 890 litri pivə, 530 litri şərab), 2025-ci ilin 1 yanvar-17 fevral tarixlərində isə 46 300 litr (5 150 litri rakı, 41 150 litri pivə) spirtli içki idxal olunub ki, bu məhsullar da təhlükəsizlik və keyfiyyət göstəricilərinə görə müvafiq müayinələrə cəlb edilib və istehlak üçün uyğun olduğu öz təsdiqini tapdıqdan sonra satış şəbəkələrinə çıxarılması üçün müvafiq icazələr verilib.


Bu istiqamətdə nəzarət və tənzimləmə tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin