Bu gün Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinə yeni üzvlər seçilib. IX Hesabat-seçki baş məclisində növbəti 4 il müddəti üçün İcraiyyə Komitəsi üzvlərinin adları müəyyənləşib.
Azərbaycan Prezidenti İlham Əliyev baş məclisdə növbəti dəfə MOK-un prezidenti seçilib.
Bizim.Media “modern.az”a istinadən xəbər verir ki, Prezident İlham Əliyev, Azər Əliyev, Çingiz Hüseynzadə, Zemfira Meftahətdinova, Fərid Mansurov, Elnur Məmmədli, Faiq Qarayev, Alla Həsənova, Nazim Hüseynov və Namiq Abdullayev MOK-un İcraiyyə Komitəsinin üzvləri seçiliblər.
İcraiyyə Komitəsinin yeni üzvləri arasında hazırkı gənclər və idman naziri Fərid Qayıbovun adının olmaması diqqət çəkib. Belə ki, o, ötən seçkidə İcraiyyə Komitəsinin üzvü seçilib və Komitənin vitse-prezidenti təyin edilib.
Fərid Qayıbovun yerinə Fərid Mansurov vitse-prezident olub. Fərid Mansurov 2004-cü ildə Afinada 66 kq çəki dərəcəsində, yunan-Roma güləşi üzrə XXVIII Yay Olimpiya Oyunlarının qalibi olub.
Xatırladaq ki, bundan əvvəl Fərid Qayıbov III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin rəhbəri vəzifəsini itirib. Onun yerinə Baş nazirin müavini Samir Şərifov təyin edilib, Fərid Qayıbov isə onun müavini olub.
Bizim.Media
![](https://a.bizim.media/file/articles/2025/02/18/1739885428_5305354483074723045.jpg)
- A-
- A
- A+
Cəmiyyət
17:28 / 18.02.2025
Fərid Qayıbovu o ƏVƏZLƏDİ
Hazırda oxunan: Fərid Qayıbovu o ƏVƏZLƏDİ
Hazırda oxunan: Fərid Qayıbovu o ƏVƏZLƏDİ
235373
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.