Bu şəxslərə ÖMÜRLÜK həbs cəzası VERİLMİR

Hazırda oxunan: Bu şəxslərə ÖMÜRLÜK həbs cəzası VERİLMİR

235348

Ədalətin bərpası ilə cinayət törədən insan ömrünün bir hissəsini həbsxanada keçirir. Məhbəsdə keçən illərin sayı törədilən cinayətin ağırlıq dərəcəsi və qanunda qeyd edilən digər hallara görə müəyyən edilir.

Bəzi cinayətlər isə insana bütün ömrü hesabına başa gəlir. Yəni ömründən bir neçə ilini oğurlayan cinayətlə yanaşı, bütün ömrünü əlindən alan cinayətlər var.

Ömürlük həbs cəzası verilən cinayətlər

Bəzi ölkələrdə ömürlük həbs cəzası qəsdən adamöldürmə, terrorizm, uşaq istismarı, zorlama, narkotik ticarəti, insan alveri, insanlıq əleyhinə cinayətlərə görə verilir. Azərbaycan Respublikasının qanunvericiliyinə görə, dövlət, insanlıq əleyhinə və müharibə cinayətləri törədənlər ömürlük azdlıqdan məhrum edilirlər. Cinayət Məcəlləsinin 16-cı fəsli sülh və insanlıq əleyhinə cinayətlər və 17-ci fəsli müharibə cinayətlərindən bəhs edir. Hər iki fəsildə qeyd olunan cinayətləri törədənlər cinayətlərin ağırlıq dərəcəsinə görə ömürlük həbsə məhkum olunurlar.

Kimlər törətdikləri cinayətə rəğmən ömürlük həbs cəzası almırlar?

Azərbaycanda ömürlük həbs cəzası qadınlara,18 yaşına çatmamış şəxslərə və ömürlük həbs barədə hökm çıxarılana qədər 65 yaşına çatmış kişilərə şamil olunmur.

Sonuncu dəfə neçə nəfər ömürlük həbs cəzası alıb?

Dövlət Statistika Komitəsinin (DSK) son statistikasına görə, 2023-cü ildə 5 nəfər ömürlük olaraq azadlıqdan məhrum ediliblər.

Bu vaxtadək qanunauyğun olaraq heç bir qadın ömürlük həbs cəzası almayıb. Lakin ömürlük həbs cəzası alanlardan əfv olunaraq cəza müddətinin azaldılması hallarına rast gəlinib.

Günay Şahmar, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin