Dövlət qurumlarının keçirdiyi tenderlərdə dəfələrlə qalib gələn 35 şirkətin rəhbəri Fəqani Rəhimovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Rəhimov külli miqdarda mənimsəmədə və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırmaqda ittiham olunur.
Əvvəl onun bir sıra vəzifəli şəxslərlə əlbir olması barədə məlumat verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda iş adamı səhhəti ilə bağlı sərbəst ifadə verməkdə çətinlik çəkib. Onun vəkili müvəkkilinin xəstəliyi ilə əlaqədar həbsdən buraxılmasını xahiş edib.
Rasim Sadıqovun sədrlik etdiyi məhkəmə tərkibi müttəhimin xəstəliyi ilə bağlı Bakı İstintaq Təcridxanasından daxil olan sənədi, həmçinin 62 min 400 manat maddi ziyanın tam ödənilməsini nəzərə alaraq vəsatəti təmin edib.
Qərara əsasən, F. Rəhimov barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.
Qeyd edək ki, Fəqani Rəhimovun şirkətləri dövlət qurumlarının keçirdiyi tenderlərdə dəfələrlə qalib gəlib. İbtidai istintaqın sonunda onun barəsində həbs qətimkan tədbiri seçilib. Ümumilikdə isə F. Rəhimovun şirkətlərinə dövlət müəssisələri tərəfindən 600 min manata yaxın pul köçürülüb. Həmin vəsaitin 62 min 400 manatı həqiqi mənbəyinin gizlədilməsi məqsədilə leqallaşdırılıb.
Bizim.Media
![](https://a.bizim.media/file/articles/2025/02/18/1739874281_5308036174754998826.jpg)
- A-
- A
- A+
Cəmiyyət
14:23 / 18.02.2025
Məmurlarla əlbir olan iş adamı həbsdən azad EDİLDİ
Hazırda oxunan: Məmurlarla əlbir olan iş adamı həbsdən azad EDİLDİ
Hazırda oxunan: Məmurlarla əlbir olan iş adamı həbsdən azad EDİLDİ
235333
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.