İrəvanda 119 kəndin adı dəyişib – Professordan SİRLİ AÇIQLAMA

Hazırda oxunan: İrəvanda 119 kəndin adı dəyişib – Professordan SİRLİ AÇIQLAMA

235318

"İrəvandan 40 min əhalinin köçürülməsində məqsəd müharibədə məğlub olmuş İranın öz xəzinəsi hesabına erməniləri yerləşdirmək və gələcəkdə oranı paytaxt etmək idi. Bu, “Ermənilərin mədəni terror" kitabında qeyd edilib. Bu faktlar sübut edir ki, bu yerlər türk torpaqları olub. 200 ildir ki, bu problemlə üz-üzəyik, bu, vəhşilikdir. 119 kəndin adı dəyişib, yandırılıb, əhali məhv edilib".

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Pedoqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynova "Milli mənsubiyyət hüququnun konstitusion əsasları və tarixi aspektləri" mövzusunda beynəlxalq konfransda deyib.

O qeyd edib ki, bu, bütöv Qərbi Azərbaycanda baş verən saxtakar siyasət idi.

"Ermənilərin öz gücü ilə deyil, Rusiyanın dəstəyi ilə həyata keçirildi. Əhali 4 dəfə deportasiya edildi, əzablar verildi".

Onun sözlərinə görə, azərbaycanlılalara qarşı soyqırım XX əsrin əvvələrindən mərhələli formada həyata keçirildi.

"Qərbi Azərbaycandakı toponimlər, etnik azərbaycanlılar böyük bir məkrli siyasətin qurbanı oldular. Ermənistan sülh və ədalət üçün manə olur. Biz o torpaqların əzəli, əbədi sakinləriyik və ora bir gün mütləq qayıdacağıq".


Ayşən Rəhim, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin