“Dünya hələ də BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı qətnamələrinin yerinə yetirilməməsinə seyrçi qalır”. Bu sitatı hazırda bu şəkildə dəyişdirməyə ehtiyac var: Dünya Azərbaycan vətəndaşlarının minalarda partlamasında seyrçi qalır”.
Bizim.Media xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Facebook” hesabında qeyd edib.
Onun sözlərinə görə müharibədən keçən günlərdə minaların partlaması nəticəsində onlarla vətəndaşımızı itirmişik:
“Ermənistanın ağası Rusiyaya gur səslə deməliyik ki, Ermənistandan minalanmış ərazilərin xəritələrini tələb etsin. Moskvada sərhəd məsələsinə dair üçtərəfli görüş keçirdilər. Moskva zəhmət çəksin bir dəfə də görüşü minalanmış ərazilərə həsr etsin. Erməni hərbçiləri həmin minaların əksəriyyətini müharibədə məğlub olduqlarını anladıqdan sonra harda gəldi düzüblər. Bəlkə də buna görə 10 noyabr bəyanatının əksinə olaraq Ağdam və Kəlbəcərin geri qaytarılmasını təxminən bir ay yubatdılar ki, ərazini boşaldarkən bölgəyə minaları döşəsinlər. Onlar minaları indi də iki yolla döşəyə bilərlər. Bunu ya Ermənistandan gizli yollarla Azərbaycan tərəfə keçən diversantlar döşəyir, ya da elə Qarabağdakı separatçılar “fəaliyyətdədirlər””.
Politoloq hesab edir ki, minaların partlaması Azərbaycana hər iki istiqamətdə hərəkətə keçməyə imkan yaradır:
“Sərhədi (bu sıraya Laçın üzərindən sərhədin qapadılması da daxildir) qapatmalıyıq ki, diversantlar Azərbaycan tərəfə keçə bilməsinlər. Qarabağdakı separatçıları da tərksilah etməliyik ki, yolları və meşələri minalaya bilməsinlər. Gözləmək olmaz. Gözlədikcə minalarda həlak olan vətəndaşlarımızın sayı artacaq. Onlar Azərbaycan torpaqlarına minalar döşəyə bilirlərsə, bizə niyə Ermənistan ərazisini minalamayaq?”, deyə politoloq vurğulayıb.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:37 / 04.06.2021
“Təcili Laçın dəhlizini qapatmalıyıq” – Jurnalistlərin şəhid olması cəmiyyəti qəzəbləndirib
Hazırda oxunan: “Təcili Laçın dəhlizini qapatmalıyıq” – Jurnalistlərin şəhid olması cəmiyyəti qəzəbləndirib
Hazırda oxunan: “Təcili Laçın dəhlizini qapatmalıyıq” – Jurnalistlərin şəhid olması cəmiyyəti qəzəbləndirib
23531
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.