Karqo şirkətlərinə xəbərdarlıq edildi

Hazırda oxunan: Karqo şirkətlərinə xəbərdarlıq edildi

235307

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) vətəndaşlar tərəfindən bağlamaların ünvana çatdırılması ilə bağlı daxil olan şikayətlərin artması səbəbindən poçt rabitəsi operatorlarına xəbərdarlıq edib.

Bizim.Media xəbər verir ki, bu barədə Agentlikdən məlumat verilib.

Qeyd olunub ki, daxil olan vətəndaş müraciətlərində son zamanlar Türkiyə və Çindən istifadəçinin ünvanına çatdırılma həyata keçirən poçt rabitəsi operatorları daşıma şərtlərini pozaraq istifadəçilərdən poçt göndərişlərini poçt obyektindən təhvil almalarını təklif edirlər. Bu təkliflər ya SMS şəklində, ya da birbaşa zəng şəklində edilir.

Müvafiq poçt rabitəsi operatorlarının rəhbər şəxsləri İKTA-ya dəvət edilib və onlarla qeyd edilən şikayətlərlə bağlı müzakirələr aparılıb. Müzakirələr zamanı mövcud qanunvericiliyin tələbləri bir daha xatırladılaraq, nöqsanların qısa zamanda aradan qaldırılması ilə bağlı xəbərdarlıq edilib.

Bildirilib ki, daşıma şərtlərinə zidd SMS-lərin göndərilməsi dayandırılmalıdır. Qeyd olunub ki, müştəri onlayn alış-veriş zamanı evə çatdırılma seçərək ödəniş etdiyi halda poçt operatorunun evə çatdırılmanı müxtəlif vasitələrlə əngəlləməsi yolverilməzdir və bu, operatorun əlavə qazanc əldə etməsinə şərait yaratmaqla məsuliyyət yaradan hal hesab edilə bilər.

Görüşdə, həmçinin qeyd edilib ki, bir sıra sürətli poçt xidməti göstərən şirkətlərin əməkdaşları çatdırılma zamanı eyniləşdirmə üçün müştərinin şəxsiyyət vəsiqəsindən başqa, digər sənədlər də tələb edirlər. Poçt rabitəsi operatoru yalnız şəxsiyyət vəsiqəsinə vizual baxış keçirməklə bağlamanı təhvil alan şəxslə sifarişçinin eyni şəxs olmasını yoxlaya bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin