Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyasının üzvləri Azərbaycanla həmsərhəd ərazilərdə müşahidələrini davam etdirirlər.
Bizim.Media xəbər verir ki, avropalı müşahidəçilər fevralın 17-də növbəti dəfə Qazax rayonu ilə həmsərhəd əraziyə gəliblər. Onlar avtomobillərlə yol boyu hərəkət edib, binoklla Azərbaycan ərazilərini müşahidə ediblər.
Azərbaycan sərhədçiləri müşahidə missiyasının hərəkətlərini nəzarət altında saxlayıb və qeydə alıb.
Qeyd edək ki, missiya ilə bağlı dəfələrlə Azərbaycan tərəfi narazılığını bildirib, onun Azərbaycanla razılaşdırılmadan fəaliyyət göstərdiyini bəyan edib.
Göründüyü kimi, Aİ kəşfiyyatçıları “xristian həmrəyliyi” ideyalarını, səlibçi təfəkkürünü rəhbər tutaraq “qardaşlarını qorumaq” üçün hərəkətə keçiblər. Onların erməni qardaşları isə həmin casuslara güvənərək revanş eşqinə düşüblər. Ancaq bunlar hamısı əbəsdir. Çünki ordumuz onların bütün addımlarını izləyir...
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:38 / 18.02.2025
Aİ casusları indi də Qazaxla sərhəddə peyda oldular – Gözümüz üstünüzdədir – VİDEO
Hazırda oxunan: Aİ casusları indi də Qazaxla sərhəddə peyda oldular – Gözümüz üstünüzdədir – VİDEO
Hazırda oxunan: Aİ casusları indi də Qazaxla sərhəddə peyda oldular – Gözümüz üstünüzdədir – VİDEO
235284
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.