DİQQƏT: Bu ərazidə işıq olmayacaq

Hazırda oxunan: DİQQƏT: Bu ərazidə işıq olmayacaq

235233

Naxçıvan şəhərinin elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Energetika Xidməti məlumat yayıb.

Məlumata görə, 110/35/10 kV “Xalçaçılıq” yarımstansiyasından qidalanan 16 №-li 10 kilovoltluq hava elektrik verilişi xətti yeni çəkilən xəttə köçürmə işləri ilə əlaqədar sifarişə əsasən açılacaq.

Bununla əlaqədar 18 fevral 2025-ci il tarixində saat 11:00-dan 12:00-a qədər Naxçıvan şəhərinin 56 və 58-ci məhəllələrində elektrik enerjisinin verilişində qısamüddətli məhdudiyyət yaranacaq.

Köçürmə işləri başa çatdıqdan sonra sözügedən xətt üzərində olan ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin