Özcan Deniz xəstəxanaya yerləşdirildi – Həyat yoldaşından ŞOK AÇIQLAMA – FOTO

Hazırda oxunan: Özcan Deniz xəstəxanaya yerləşdirildi – Həyat yoldaşından ŞOK AÇIQLAMA – FOTO

235200

Məşhur türkiyəli müğənni və aktyor Özcan Denizin həyat yoldaşı Samar Dadgarın sosial şəbəkə hesabındakı paylaşımı diqqət çəkib.

Bizim.Media xəbər verir ki, S.Dadgar Ö.Denizin səhhətində problemlər olduğunu deyərək həyat yoldaşının ailəsini hədələyib.

Həyat yoldaşının ailəsinə meydan oxuyan Dadgar paylaşımında "Düşmənliyiniz bitməyib, tələləriniz bitməyib. Ona bir şey olsa, dünyanı başınıza yıxacağam. Xəstəxanaya gedirəm, yoldayam. Nəfəs ala bilmirəm. Özcana bir şey olsa, hamınızı cəhənnəm odunda yandıracağam. O zaman oturun, izləyin!" sözlərini yazıb.

Onun bu paylaşımı Özcan Denizin pərəstişkarlarını narahat edib.

Qeyd edək ki, Özcan Denizin anası Kadriye Denizlə aralarında qalmaqal yaşanıb. Belə ki, sənətçinin anası Kadriye Deniz oğlu və gəlini Samar Dadgarı polisə şikayət edib. K.Denizin vəkili Rukiye Moray Erzundal isə Özcan Denizin anasının evinə getdiyini, ona hədə-qorxu gəldiyini və zorakılıq tətbiq etdiyini iddia edib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin