Nemət Pənahlının müsadirə edilən avtomobili hərraca ÇIXARILIR - 42 min manata

Hazırda oxunan: Nemət Pənahlının müsadirə edilən avtomobili hərraca ÇIXARILIR - 42 min manata

235186

Əmlak Məsələləri Dövlət Xidməti Azərbaycan Milli Dövlətçilik Partiyasının (AMDP) keçmiş sədri Nemət Pənahlının avtomobilini hərraca çıxarır.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, fevralın 28-də keçiriləcək hərracda bir neçə vergi ödəyicisinin ödənilməmiş borclarına görə siyahıya alınmış əmlaklarının hərrac vasitəsilə satışı nəzərdə tutulur.

Satışa çıxarılan əmlaklar arasında N.Pənahlının 2010-cu il istehsallı “Toyota Land Cruiser” markalı avtomobili də var. Avtomobilə 42 min manat qiymət təyin edilib.


Qeyd edək ki, Nemət Pənalı Teleqraf.az-a açıqlamasında vergi borcunun həyat yoldaşının gəlinlik geyimləri biznesinə görə yarandığını deyib.


Xatırladaq ki, bir müddət əvvəl Nemət Pənahlının həmin avtomobili 1100 manat cərimə borcuna görə də saxlanılaraq cərimə meydançasına aparılmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin