Qəzada ölən Günel nazirliyin əməkdaşı imiş - FOTO

Hazırda oxunan: Qəzada ölən Günel nazirliyin əməkdaşı imiş - FOTO

235179

Xəbər verdiyimiz kimi, fevralın 16-na keçən gecə Ucar rayonunda dumanlı havada 14 avtomobil toqquşub.

Bizim.Media “teleqraf.az”a istinadən xəbər verir ki, Bakı-Qazax magistralındakı qəzada ölənlərdən biri nazirlik əməkdaşı imiş. Belə ki, faciəvi şəkildə həyatını itirən şəxslərdən 1989-cu il təvəllüdlü Günel Allahverdiyeva Gənclər və İdman Nazirliyinin Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin əməkdaşı imiş.

Qeyd edək ki, hadisə fevralın 16-da gecə saat 03:00 radələrində Bakı-Qazax yolunun 237-ci km-də baş verib.

14 maşının toqquşduğu hadisədə 2 nəfər - Bərdə rayon sakini, 1989-cu il təvəllüdlü Günel Əlövsət qızı Allahverdiyeva və Mingəçevir şəhər sakini, 1987-ci il təvəllüdlü İlkin Allahverən oğlu Abdullayev hadisə yerində ölüb, 22 yaralı isə Göyçay xəstəxanasına gətirilib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin