Diplomatik xidmətə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ: Yeni qayda hazırlanacaq

Hazırda oxunan: Diplomatik xidmətə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ: Yeni qayda hazırlanacaq

235177

Diplomatik xidmətə qəbul üzrə müsabiqənin keçirilməsi qaydalarına və diplomatik xidmətə qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədlərinin müsahibədən əvvəl yoxlanılması qaydası hazırlanacaq.

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Diplomatik xidmət haqqında” qanunda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti iki ay müddətində fövqəladə və səlahiyyətli səfir, birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi, ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbələrinin verilməsi ilə bağlı vəsiqənin nümunəsinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, diplomatik xidmətə qəbul üzrə müsabiqənin keçirilməsi qaydalarına və diplomatik xidmətə qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədlərinin müsahibədən əvvəl yoxlanılması qaydasına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin