Bu il qəbulu həyata keçiriləcək 7 yeni ixtisas – SİYAHI

Hazırda oxunan: Bu il qəbulu həyata keçiriləcək 7 yeni ixtisas – SİYAHI

235174

İnformasiya texnologiyasının sürətli inkişafı, rəqəmsallaşma və digər dəyişikliklərlə əlaqədar əmək bazarında yeni ixtisas sahiblərinə ehtiyac yaranır. Bu ehtiyacı ödəmək üçünsə ilk növbədə ixtisaslı, hazırlıqlı kadrlar olmalıdır.

Bildiyimiz kimi, gələn ay ölkədə IX və XI sinif şagirdləri üçün buraxılış imtahanları keçiriləcək. Yeni yaranan ixtisaslar, plan yerləri hazırda abituriyentləri ən çox düşündürən məsələdir.

Bu il bakalavriat səviyyədə hansı yeni ixtisaslar yaradılıb və qəbul həyata keçiriləcək?

Elm və Təhsil Nazirliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq 7 yeni ixtisasın yaradıldığı bildirilib:

“Nazirlər Kabinetinin ali təhsilin müxtəlif səviyyələri üzrə ixtisasların təsnifatları ilə bağlı müvafiq qərarına əsasən, ali təhsilin bakalavriat səviyyəsi üzrə 7 yeni ixtisas (“Riyaziyyat və fizika müəllimliyi”, “Data analitikası”, “Kənd təsərrüfatı texnologiyaları”, “Heyvandarlıq”, “Qidalanma və diyetologiya”, “Proqram təminatı mühəndisliyi” və “Qida texnologiyaları”) təsnifata əlavə olunub, eyni zamanda 9 ixtisasın adında dəyişiklik edilib”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin