DTX-nin ifşa etdiyi mənimsəmə faktı - Daha bir məhkəmə BAŞLAYIR

Hazırda oxunan: DTX-nin ifşa etdiyi mənimsəmə faktı - Daha bir məhkəmə BAŞLAYIR

235172

Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəmə faktı ilə bağlı cinayət işindən ayrılmış daha bir epizod üzrə məhkəmə araşdırmasına start verilir.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, bu dəfə “N” saylı hərbi hissənin maliyyə-xidmət rəisi işləmiş kapitan Vahid Novruzlu mühakimə ediləcək.

O, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) apardığı istintaq çərçivəsində cinayət məsuliyyətinə cəlb olunub.
 

İlkin mərhələdə istintaq orqanı kapitana dövlətə vurulan ziyanı ödəmək şərti ilə azadlıqda qalmaq imkanı versə də, ziyan ödənilmədiyi üçün sonradan barəsində həbs qətimkan tədbiri seçilib.


İşə Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə baxılacaq. İlk iclas fevralın 28-i keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin