Quranın hər bir ayəsi insanın behiştdəki evinin çırağıdır...

Hazırda oxunan: Quranın hər bir ayəsi insanın behiştdəki evinin çırağıdır...

235147
Əgər biz Quran oxumağın təsirlərinə diqqət etsək və Quranı həyatımızda bir dost kimi seçsək, ayələrini oxuyub, mənaları barəsində təfəkkür etsək – bir müddət sonra görəcəyik ki, həyatımız təravət və nurla dolmaqdadır.

Hər bir ölkədə Quranı öyrətmək üçün müxtəlif yollardan istifadə olunur. Bu, təhsil, müəllimin əldə etdiyi məharətlərdən və günümüzdə texnikanın inkişafından çox asılıdır. Hamının səyi ona görədir ki, qısa bir müddətdə Quranı düzgün oxuya bilsinlər. Bu yolla Siratül-müstəqim yoluna qədəm bassınlar və Quranın hidayətindən bəhrələnsinlər.

Həzrət Peyğəmbər (s) buyurur: “Quranın hər bir ayəsi behiştdəki dərəcə və evinizdəki çıraqdır”.

Quranı üzündən oxumaq Quran nüsxələrinin artmasına və yayılmasına səbəb olar. Quranın köhnəlməsinin qarşısını alar. Çünki əgər Quran oxuyan zaman ancaq hafizə qüvvəsinə söykənilsəydi, insanların Quran oxumağa ehtiyacları qalmazdı. Quran da tədricən aradan gedər və unudulardı. Bu zaman Quran nüsxələrin nəinki artmaz, əksinə azalar və aradan gedərdi. (Tebyan)

/Deyerler.org/
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin