Xəbər verdiyimiz kimi, Qazaxıstanın Aktau şəhərində AZAL-a məxsus təyyarə qəzaya uğradıqdan sonra qalıqlar müvafiq istintaq tədbirlərinin görülməsi üçün hadisə yerindən götürülüb.
Lakin təyyarənin bəzi kiçik hissələri, o cümlədən sərnişinlərin müxtəlif əşyaları hələ də hadisə yerində qalmaqdadır.
MÖVZU İLƏ BAĞLI:
Qazaxıstan Aktauda AZAL təyyarəsinin qəzası ilə bağlı ilk istintaq hesabatını AÇIQLADI - FOTO
Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Qəza nəticəsində 26-sı Azərbaycan vətəndaşı olmaqla, 38 nəfər həyatını itirib. Qəzaya səbəb təyyarənin Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən Qroznı şəhərinə yaxınlaşarkən hücuma məruz qalması olub.
Bizim.Media hadisə baş verən ərazidən fotoları təqdim edir:
Bizim.Media