“Neftçi” - “Qarabağ” oyunundan əvvəl dörd azarkeş SAXLANILDI

Hazırda oxunan: “Neftçi” - “Qarabağ” oyunundan əvvəl dörd azarkeş SAXLANILDI

235107

Dünən paytaxtın Nizami rayonunda yerləşən stadionda keçirilən "Neftçi" - "Qarabağ" oyunundan əvvəl hər iki komandanın azarkeşləri arasında ictimai asayişin pozulması halı qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, insidentlə bağlı polis lazımi qabaqlayıcı tədbirlər görüb.

"Dörd nəfər saxlanılaraq ərazi üzrə Polis Şöbəsinə gətirilib. Araşdırma aparılır", - məlumatda deyilir.

Qeyd edək ki, qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin