Limonun özü deyil, qoxusu qan təzyiqini aşağı salır - İllərdir səhv bilirik...

Hazırda oxunan: Limonun özü deyil, qoxusu qan təzyiqini aşağı salır - İllərdir səhv bilirik...

235095

Bəziləri limon yeməyin və ya limon suyu içməyin təzyiqi aşağı saldığını iddia etsə də, mütəxəssislər limonun təzyiq tənzimləyicisi olmadığını vurğulayırlar.

Bizim.Media “metbuat.az”a istinadən xəbər verir ki, son araşdırmalar göstərir ki, limon qoxusu insanda stressi aradan qaldırır və qan təzyiqini aşağı salmağa kömək edir.

Limonun faydalı təsirlərinin gözardı edilməməsi lazım olduğunu vurğulayan ürək-damar xəstəlikləri üzrə mütəxəssis Prof. Dr. Ünal Aydın qeyd edib ki, limon xalq arasında təzyiqi salmağa kömək edən bir maddə olaraq istifadə edilir.

O bildirib ki, limon qan təzyiqini tənzimləyən bir vasitə deyil. Xəstə öz həkimi tərəfindən hazırlanmış fərdi müalicə proqramı çərçivəsində test nəticələrinə və qan təzyiqi monitorinqinin nəticələrinə görə təzyiqini tənzimləməlidir.

Limonun həm də qoxusu sağlamlıq üçün çox önəmlidir. Limonla bağlı son milli və beynəlxalq araşdırmalarda limonun bir qədər qan təzyiqi salıcı təsiri olduğu görülüb.

Burada araşdırılan mexanizm budur ki, limon qoxusu və bu qoxunun beyinə ötürülməsi beyində müxtəlif mexanizmlərin işə düşməsinə səbəb olur və insanın stressini, oyanmış sistemlərini sakitləşdirərək xəstənin təzyiqinin azalmasına töhfə verir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin