Bakıda ata və azyaşlı övladı yol qəzasında HƏLAK OLDU

Hazırda oxunan: Bakıda ata və azyaşlı övladı yol qəzasında HƏLAK OLDU

235082

Bakıda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, qəza paytaxtın Sabunçu qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Məmmədov Ramil Saleh oğlu idarə etdiyi “BYD” markalı maşınla hərəkətdə olan zaman “Jeely” markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Qəza nəticəsində sürücü R.Məmmədov və onun iki yaşlı qız övladı hadisə yerində ölüb.

Həyat yoldaşı isə aqonal vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Hazırda qadının vəziyyəti ağır olaraq qalır. Qəza ilə bağlı araşdırma aparılır.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin