Qazaxıstanın Mangistau əyalətinin ekologiya departamentinin mütəxəssisləri Xəzər dənizinin qırmızı rəngə boyanması ilə əlaqədar suda kimyəvi maddələrin və neft məhsullarının mövcudluğunu yoxlayıblar.
Bizim.Media “Kazinform” agentliyinə istinadla xəbər verir ki, analizin nəticələrinə əsasən suyu çirkləndirən maddələr aşkar edilməyib.
Mangistau əyalətinin ekologiya departamenti şöbəsinin sədri Kaysar Nadirbekin sözlərinə görə, suya qırmızı və tünd qəhvəyi rəng verən yosunlardır.
“Qar yağdığından bu hadisə daha aydın görünüb. Yosunlar dayaz sularda, xüsusən də bizim sahilboyu ərazilərdə bitir. Onların toplandığı yerlərdə isə su rəngini dəyişir. Bu təbii hadisə barədə məlumatlı olsaq da, suyun vəziyyətini yoxlamalıyıq”, - deyə Kaysar Nadirbek söyləyib.
Qeyd edək ki, Xəzər dənizinin al qırmızı rəngə boyanması Qazaxıstanın Aktau şəhərinin sakinlərinin diqqətini çəkib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:08 / 16.02.2025
Xəzər dənizinin qırmızı rəngə boyanmasının səbəbi açıqlandı
Hazırda oxunan: Xəzər dənizinin qırmızı rəngə boyanmasının səbəbi açıqlandı
Hazırda oxunan: Xəzər dənizinin qırmızı rəngə boyanmasının səbəbi açıqlandı
235014
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.