Ucar qəzasında xəsarət alanlar bu rayonların sakinləridir - SİYAHI

Hazırda oxunan: Ucar qəzasında xəsarət alanlar bu rayonların sakinləridir - SİYAHI

235011

16 fevral 2025-ci il saat 03:00 radələrində Bakı-Qazax magistralının Ucar rayonu ərazisində baş verən yol qəzasında 22 nəfər xəsarət alıb və Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bizim.Media-nın Aran bürosunun sorğusuna cavab olaraq bunu TƏBİB deyib.

Mənbə qeyd edir ki, yaralılar müxtəlif dərəcəli sınıqlar, daxili orqan əzilmələri və travmalar alıblar.

Onların 14-ü kişi, 8-i qadındır.

Xəsarət alanlardan 11 nəfəri Bərdə, 5 nəfəri Mingəçevir, 1 nəfəri Gəncə, 1 nəfəri Şabran, 2 nəfəri Yevlax, 1 nəfəri Qax, 1 nəfəri isə Zaqatala sakinidir.

Hazırda 7 nəfərin müalicəsi xəstəxanada davam edir, qalan 15 nəfərin 6 - sı Təcili Yardım şöbəsində müşahidə altındadır, qalanları isə ambulator müalicə üçün evə buraxılıb.

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin