Ucarda baş verən qəzada xəsarət alanların sayı 22-yə çatdı

Hazırda oxunan: Ucarda baş verən qəzada xəsarət alanların sayı 22-yə çatdı

235001

Ucarda baş verən ağır yol qəzasında ölən şəxslərin kimliyi məlum olub.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, qəza nəticəsində həlak olanlar Bərdə rayon sakini, 1989-cu il təvəllüdlü Günel Əlövsət qızı Allahverdiyeva və Mingəçevir şəhər sakini, 1987-ci il təvəllüdlü İlkin Allahverən oğlu Abdullayevdir.

Hadisə zamanı xəsarət alanların sayı isə 22 nəfərə çatıb.

Qeyd edək ki, hadisə Bakı-Qazax yolunun rayonun Qulabənd kəndindən keçən hissəsində qeydə alınıb. Yol qəzası zamanı 14 avtomobil toqquşub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin