Azərbaycanda güclü zəlzələ GÖZLƏNİLİR? - VİDEO

Hazırda oxunan: Azərbaycanda güclü zəlzələ GÖZLƏNİLİR? - VİDEO

234998

Bu ilin ilk 6 ayında öçkədə seysmik və tektonik aktivlik davam edəcək. Xəzər dənizi aktiv seysmik region sayıldığından aktivlik ən çox məhz bu su hövzəsində müşahidə olunacaq.

Bizim.Media xəbər verir ki, bunu “Xəzər Xəbər”ə açıqlamasında Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev deyib.

Onun sözlərinə görə, ölkənin digər ərazilərində olan aktiv seysmik zonalar da sakit deyil.

Qulam Babayev qeyd edib ki, hazırda Xəzər dənizində ardıcıl zəlzələlər baş verir. 3 və bir qədər yuxarı maqnitudalı zəlzələlər müşahidə edilir. Dövrilik bir neçə il əvvəl aktivləşməyə başlayıb və davam edəcəyi gözləniləndir.

O, bildirib ki, hiss olunan zəlzələlərin baş verəcəyi də istisna olunmur. Dağıdıcı və güclü zəlzələlər isə gözlənilmir.

Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev isə deyib ki, zəlzələnin əvvəlcədən proqnozu mümkün deyil.


 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin