Azər Baxşəliyevin xanımı: “Qızım kişi səsi eşidəndə qaçır, elə bilir atasıdır”

Hazırda oxunan: Azər Baxşəliyevin xanımı: “Qızım kişi səsi eşidəndə qaçır, elə bilir atasıdır”

234992

Mərhum aktyor Azər Baxşəliyevin xanımı Nigar Baxşəliyeva həyat yoldaşı ilə bağlı danışıb.

Bizim.Media xəbər verir ki, o, “5 üz” verilişində Azərin xəstəlik müddətindən söz açıb:

“Hər şeyi gözləyirdim. Hər şeyə hazır idim. Deyirdim ki, onun üçün hər şey edəcəm. Onsuz da hər şey edirdik. Deyirdim, qoy, yataq xəstəsi olsun, amma həmişə yaşasın. Qarşıma çıxan bütün çətinliklər atasız olmağımla bağlı olub. Həmişə deyirdim ki, Azik, özünə yaxşı baxmalısan, güclü olmalısan, Züleyxanın yanında olmalısan. Fikrə gedirdi, deyirdi ki, bilirəm.

Biz virusa yoluxduğumuz üçün bir həftədir görüşmürdük. Mənə o qədər çətin gəlirdi ki, ilk dəfədir Yeni ili tək keçirmişik. Axırıncı dəfə saat 11-də görüntülü danışmışdıq, mən də, Züleyxa da. Hətta indi telefonla zəng edəndə elə bilir ki, atasını yığıram. Həmişə ona “papayi” deyirdi. İndi də deyir, yuxudan oyananda görür ki, otaqda işıq yanır, elə bilir ki, o gəlib, qaça-qaça gəlir, görür yoxdu. Kişi səsi eşidəndə qaçır, elə bilir atasıdır, “papa” deyə- deyə gəlir. Arzumuz qızımıza yaxşı təhsil vermək idi. Kaş ki, onun məktəbə getdiyini görərdi”.

Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin